İnam Kərimov Gədəbəydə vətəndaşları qəbul edəcək

İQTİSADİYYAT
09:38 / 27.05.2022
692

Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri İnam Kərimov iyunun 3-də, saat 09:00-da Gədəbəy Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Gədəbəy və Şəmkir rayonlarından olan vətəndaşları qəbul edəcək.

HİT.az xəbər verir ki, vətəndaş qəbulunda iştirak etmək istəyənlər Gədəbəy Dövlət Aqrar İnkişaf Mərkəzinə (050-378-03-30) müraciət edə bilərlər.

Qəbula yazılmaq üçün, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı Mərkəzi”nə zəng etməklə (1652) və elektron poçt ([email protected]) vasitəsi ilə də qeydiyyatdan keçmək olar.

Qəbula gələn vətəndaşlar əvvəlcədən qeydiyyatdan keçməli və şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.

0