Neftin qiyməti son 14 ilin ən yüksək səviyyəsinə qalxdı

İQTİSADİYYAT
07:47 / 03.06.2022
1443

Cümə günü Yaponiyada neftin qiyməti OPEC+-un iyul və avqust aylarında neft hasilatını artırmaq qərarı fonunda 2008-ci ilin avqustundan bəri maksimuma qalxıb. 

Publika.az TASS-a istinadla xəbər verir ki, bunu Tokio Əmtəə Birjasındakı ticarət məlumatları sübut edir.

Beləliklə, Dubay xam neftinin bir kilolitrinin (6,289 barel) qiyməti 83,1 min yenini (640 dollar) keçib ki, bu da ötən günlə müqayisədə təxminən 20 dollar çoxdur.

"Kyodo" agentliyinin məlumatına görə , buna səbəb bir sıra analitiklərin OPEC+-un yeni qərarına şübhə ilə yanaşması və onu qlobal enerji bazarında vəziyyətin real sabitləşməsi baxımından effektiv hesab etməməsidir.

0