Yarmarka, yoxsa bazar: hansı daha ucuzdur? - VİDEO

İQTİSADİYYAT
16:10 / 24.06.2022
665

Yer pulu ödəmirlər, nəqliyyat xərclərindən azaddırlar. Qiymətləri isə özləri müyyənləşdirir. ''Kənddən şəhərə'' yarmarkaları artıq  bir neçə  həftədir ki , başlayıb. Bəs bu yarmarkalarda məhsullar bazardakı qiymətlərdən ucuz  təklif  edilirmi ?

Hit.Az Xəzər TV-yə istinadən xəbər verir ki, ''Kənddən Şəhərə'' yarmarkalarında məhsullarının qiyməti ənənəvi bazarlardakı qiymətlərdən 20-30 faizə qədər ucuz təklif  edilir.

Bu yarmarkaların təşkilində əsas məqsəd yerli fermer təsərrüfatları üçün alternativ satış kanalı yaratmaq, eyni zamanda şəhər sakinlərini təbii, mövsümi və sağlam kənd məhsulları ilə dolğun şəkildə təmin etməkdir. Amma son iki ildə pandemiya səbəbindən yarmarkaların fəaliyyəti dayandırılsa da artıq bir aydır yenidən təşkil olunur. Kənd Təsərrüfatı Nazirliyinin mətbuat katibi Vüqar Hüseynov deyir ki, yarmarkalarda fermerlər üçün iştrak ödənişsiz olduğundan satılan məhsulların qiyməti, ənənəvi bazarlardakı qiymətlərdən,  alıcılara nisbətən ucuz təkilif edilir.

Bəs yarmarkada fermerin satdığı məhsulun qiyməti necə tənzimlənir?. 

Qeyd edək ki, yarmarkalar Bakı və Abşeron ərazisində üç fərqli ünvanda keçirilir. Yarmarkalarda satışa çıxarılan məhsulların kəyfiyyətinə Qida Təhlükəsizliyi Agentliyi tərəfindən nəzarət olunur.

0