Bakı metrosunda gediş haqqı artırılır? - Rəsmi açıqlama

15:40 / 13.07.2022
1526

“Bakı Metropoliteni” QSC gediş haqqına yenidən baxılması barədə aidiyyəti qurumlara, o cümlədən Tarif (Qiymət) Şurasına müraciət ünvanlamayıb.

Bu barədə HİT.az-a QSC-dən bildirilib.

"Metropoliten gediş haqqını tənzimləmir və belə bir səlahiyyəti yoxdur. Bu məsələ Tarif Şurasının səlahiyyətinə daxildir. Səhmdar cəmiyyəti yalnız aidiyyəti dövlət strukturları qarşısında dövrü hesabatlar, o cümlədən maliyyə hesabatını təqdim edir", - deyə açıqlamada qeyd olunub.

0