Prezidentin sədr təyin etdiyi Samir İdayətov kimdir? - DOSYE

İQTİSADİYYAT
17:30 / 19.07.2022
1357

Xəbər verildiyi kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Samir Ayət oğlu İdayətov Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinə sədr təyin olunub.

HİT.az xəbər verir ki, Samir İdayətov 10 may 1980-cı ildə dünyaya gəlib. 1997-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinə daxil olub, 2001-2003-cü illərdə həmin Universitetdə magistr dərəcəsinə yiyələnib. 2011-2014-cü illərdə Prezident yanında Dövlət İdarəçilik Akademiyasında İnzibati idarəetmə üzrə əlavə ali təhsil alıb. 2003-2004-cü il tarixlərində hərbi xidmətdə olub.

2002-2017-ci illərdə Kənd Təsərrüfatı Nazirliyində aparıcı məsləhətçi, baş məsləhətçi, sektor müdiri, 2017-ci ildə Dövlət Toxum Fondunda şöbə müdiri, sədr işləyib.

2018-ci ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin rəis müavini, 2020-ci ildə "Azərbaycan Yaşıllaşdırma və Landşaft quruluşu" ASC-də sədr müavini kimi çalışıb.

10.11.2021-ci ildən indiyə kimi Ekologiya və Təbii Sərvətlər Nazirliyi Aparatının Daxili Nəzarət və Audit şöbəsinin müdiri vəzifəsində işləyib.

Ailəlidir, 3 övladı var.

1