Ağalılar kommunal xərclərdən azad ediləcək? - RƏSMİ

İQTİSADİYYAT
11:21 / 20.07.2022
809

İyulun 19-da Zəngilan rayonunun Ağalı kəndinə 10 ailə köçürülüb. Ümumillikdə isə 40 ailənin Ağalıya köçü planlaşdırılır.

Rəsmi məlumatlara görə, işğaldan azad edilmiş ərazilərə köçürülənlər 3 il müddətinə sosial yardım paketlərindən yararlana biləcəklər.

Bəs, ağalıların adaptasiya müddətində müəyyən çətinlikləri nəzərə alınaraq, kommunal xərclərdən azad edilməsi gözlənilirmi?

Məsələ ilə Ağalı kənd icra nümayəndəsi Gəray Hüseynov Modern.az-a danışıb. G.Hüseynov bildirib ki, köç başa çatdıqdan sonra məsələ ilə bağlı danışıqlar aparılacaq:

“Hazırda Ağalı işıq və su ilə tam təhciz olunub. Ağalılar da, biz də ümid edirik ki, dövlətimiz kommunal xidmətlərlə bağlı 40 ailəyə güzəştlər edəcək”.

0