EKONOMİKS
12:52 / 12.08.2022
721

Ölkədən qaçdığı deyilən gömrük polkovniki işdən çıxdı

Dövlət Gömrük Komitəsinin daha bir vəzifəli şəxsi işdən ayrılıb.

Bu barədə Bakupost.az məlumat yayıb.

Bildirilib ki, qurumun Əməliyyat-İstintaq Baş İdarəsinin rəisi Məsum Rəsulovun müavini polkovnik Fikrət Ələsgərli vəzifəsini tərk edib.

O, DGK-nın sabiq sədri Səfər Mehdiyevin kadrlarından hesab olunur.

Fikrət Ələsgərli bildirib ki, 23 illik fəaliyyətdən sonra öz istəyi ilə işdən gedib.

Polkovnik qeyd edib ki, bundan sonra fəaliyyətini iş adamı kimi davam etdirəcək.

Xatırladaq ki, DTX-nin keçirdiyi əməliyyatla DGK Əməliyyat-İstintaq Baş İdarəsinin rəisi Məsum Rəsulov 3 ay müddətinə həbs edilib.

Həmin əməliyyatdan sonra M.Rəsulovun müavini Fikrət Ələsgərli ölkəni tərk etmişdi. Bu isə DGK məmurlarının həbs olunduğu bir vaxtda onun ölkədən qaçdığı barədə ehtimalları gündəmə gətirib.

Lakin F.Ələsgərli Bakupost.az-la əlaqə saxlayaraq iddiaları təkzib edib, ölkədən istirahət məqsədi ilə ayrıldığını bildirmişdi:

“Ölkədən qaçmaqdan söhbət gedə bilməz. Ailəmlə birgə Antalyaya istirahətə gəlmişəm, ölkəyə geri qayıdacağam”.

1