Türkiyə hökuməti Azərbaycanla imzalanmış Preferensial Ticarət Sazişində güzəşt tətbiq edilən məhsulların sayının artırılması istiqamətində iş aparır.
Bunu “Report”a açıqlamasında qonşu ölkənin ticarət nazirinin müavini Rıza Tuna Turagay bildirib.
"Azərbaycan tərifinə təqdim edilmiş bir sıra təkliflər var və cavab gözləyirik. Bu istiqamətdə görüşlərimiz davam edir. Ümid edirik ki, müsbət nəticələrə nail olacağıq. Məqsədimiz budur ki, bu il sazişdə yer almış məhsulların sayının artırılmasına nail olaq”, - deyə o, qeyd edib.
Nazir müavini əlavə edib ki, bu gün əsas məqsəd Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsinin illik dəyərini 15 milyard ABŞ dollarına çatdırmaqdır: “Bu gün bu hədəfə çatmaya bilərik, amma hədəflər hər zaman insanlar, iş adamlarını, dövlətləri dinamik edək. Yaxın əməkdaşlığımız sayəsində tezliklə bu hədəflərimizə çatmağımıza ümid edirik. Hazırda ticarət dövriyyəsinin dəyəri 5 milyard ABŞ dolları ətrafındadır. Türkiyənin Azərbaycana ixracının dəyəri 2,3 milyard ABŞ dolları, Azərbaycandan idxalının dəyəri isə 2,7 milyard ABŞ dollarıdır. İdxalın önəmli hissəsini neft və qaz tutur, ticarətdə çeşidlilik olmalıdır. Odur ki, imzaladığımız Preferensial Ticarət Sazişi daha əhatəli olmalıdır ki, rəqabət qabiliyyətimizi qoruya bilsin".
Türkiyə rəsmisi hər iki ölkənin iş adamlarının pandemiyadan, həmçinin regionda baş verən münaqişədən sonra Azərbaycanla Türkiyə ticarət dövriyyəsinin 15 milyard ABŞ dollarına çatdırılmasının çətin olması ilə bağlı fikirlərinə münasibət bildirib: “ Ticarətdə 15 milyard ABŞ dolları hədəfdir,
2020-ci il fevralın 25-də Bakıda imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişi” 2021-ci il martın 1-dən qüvvəyə minib. Saziş əsasən bir sıra kənd təsərrüfatı və yeyinti məhsullarının idxalına tətbiq edilən gömrük rüsumlarının qarşılıqlı olaraq azaldılmasını əhatə edir.