Azərbaycanda "Turizm işçiləri günü” dəyişdirilib.
HİT.az-ın məlumatına görə, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
"Azərbaycan Respublikasında "Turizm işçiləri günü” peşə bayramının təsis edilməsi haqqında” Prezidentin 2016-cı il 1 sentyabr tarixli 2297 nömrəli Sərəncamında dəyişiklik edilib.
Dəyişikliyə əsasən "Turizm işçiləri günü” bundan sonra sentyabrın 27-də deyil 29-da qeyd olunacaq.
Prezidentin digər sərəncamı ilə "Bakı metropoliteni işçilərinin peşə bayramının təsis edilməsi haqqında” sərəncamda dəyişiklik edilib.
Sərəncamla hər il noyabr ayının 6-sı Bakı metropoliteni işçilərinin peşə bayramı günü kimi qeyd olunacaq.
İndiyədək metropoliten işçilərinin peşə bayramı 8 noyabrda qeyd olunurdu.
Qeyd edək ki, 8 noyabr Azərbaycanda Zəfər günü kimi qeyd olunur.