Ucuz ev almaq istəyənlərin nəzərinə: Bu tarixdə... - VİDEO

İQTİSADİYYAT
11:13 / 25.09.2022
1230

Mənzil İnşaat Dövlət Agentliyi tərəfindən güzəştli mənzillərin satışı həyata keçirilib.

Qurum tərəfindən Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsi üzrə 18 binada 815 güzəştli mənzili satışa çıxarılıb. Saat 15:00-da başlayan proses qısa zamanda yekunlaşıb. Güzəştli mənzilə sahiblənmək istəyən 10 mindən artıq vətəndaş seçimdə iştirak edib.

Mənzil İnşaatı Dövlət Agentliyinin aparat rəhbəri Fərman Qurbanlı deyib ki, kiberhücumların qarşısını almaq üçün sistemdə təhlükəsizlik tədbirləri gücləndirlib.

Sentyabrın 28-i isə mənzillərin gözləmə qaydası seçimi başlayacaq. Yəni kimsə seçdiyi mənzildən imtina edərsə onlar həmin tarixdə yenidən seçimə çıxarılacaq

Qeyd edək ki, bu gün seçimə çıxarılan 815 mənzil əslində sentyabrın 15-də satılmalı idi. Ancaq həmin tarixdə mənzil seçimi prosesi başlamamışdan öncə dövlət qurumlarının informasiya ehtiyyatlarına kiberhücum təşkil edilib. Buna görə də seçim prosesi təxirə salınmışdı.

0