Bakının bu ərazilərindəki həyət evlərinin sökülməsi müzakirə olunur - İcra başçısı

İQTİSADİYYAT
13:17 / 08.11.2022
1379

Yasamal rayonunda Alatava, İnşaatçılar metrosunun ətrafındakı ərazilərdə yerləşən həyət evlərinin sökülərək, yeni binaların tikilməsi ilə bağlı məsələlər Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə müzakirə olunur.

Bunu APA-ya açıqlamasında Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov deyib.

O bildirib ki, hazırda Bakı şəhərinin baş planı hazırlanır:

"Müxtəlif ərazilərin müxtəlif şirkətlərlə danışıq əsasında sökülməsi və yeni evlərlə əvəzləşdirilməsi planda var. Proses sakinlərlə şirkətlər arasında qarşılıqlı razılaşma əsasında icra olunacaq".

0