Bakıda bu mənzillər ucuzlaşıb - QİYMƏTLƏR

İQTİSADİYYAT
16:26 / 17.11.2022
764

Bakıda mənzil bazarında qiymət artımı xeyli səngiyib. Xüsusilə daha bahalı mənzillərə əvvəlki aylardan fərqli olaraq tələbin azalması müşahidə olunur.

Ekspertlər deyirlər ki, mənzil bazarında təklif yüksək olsa da tələb aşağı olaraq qalmaqdadır. Səngimələr yaşanmış daha böyük ölçülü yeni tikili binalarda müşahidə olunur. 200-220 m2, 170-180 m2 üzəri mənzillərində bazar dəyərindən 200-300 manat aşağı satılması halları yaşanır. Vətəndaşlar daha çox yaşanmamış mənzillərə üstünlük verirlər.

Qiyməti 150 min manata qədər olan mənzillərdə 2 faiz artım qeydə alınıb. 150-200 min aralığında təklif olunan mənzillər 1 faiz dəyər qazanıb. Bu isə əvvəlki aylarla müqayisədə azalma deməkdir.

Ətraflı AZTV-nin videomaterialında izləyə bilərsiniz:

0