Naxçıvan Nəqliyyat Xidməti rəhbərindən şikayət: \"DTX yoxlasa, Əli Hüseynəliyevin...\"

14:20 / 15.12.2022
1142

"10 min ver taksi sürücüsü ol". 

Bu sözləri HİT.az-a naxçıvanlı taksi sürücüləri deyib. 

Onlar bildirib ki, Naxçıvanda aparılan təmizləmə işləri Muxtar Respublikanın Dövlət Nəqliyyat Xidmətini əhatə etmədiyi üçün sevinə bilməyiblər. Çünki Xidmət rəhbəri Əli Hüseynəliyev hələ ki, proseslərdən yayına bilib:

"Əgər Xidmət rəhbəri Əli Hüseynəliyevi silkələsələr, Şəhərsalma və Arxitektura Komitəsinin sədri Hicran Rüstəmovdan daha çox yeyintisi olduğu üzə çıxar. Çunki Naxçıvanda uzun müddətdir ki, ən korrupsiyalaşmış qurum Nəqliyyat Xidməti hesab olunur. Bu qurumda korrupsiyanın əsasını Naxçıvan Şəhər İcra Hakimiyyətinin indiki başçısı Mirsənani Seyidov nəqliyyat naziri olarkən qoyub. Sonradan Əli Hüseynəliyev sələfinin qoyduğu yolu davam etdirib. 

Hazırda Naxçıvanda bütün taksi sürücüləri, marşrut avtobuslarının sürücüləri "tasa otuzdurulub". Taksi sürücüsü olmaq istəyənlər təkcə taksi nömrəsi almaq üçün 10 min manat rüşvət verməlidirlər. Hələ bunun marşrutları, yük maşınları və başqa gəlir yerlərini sadalamırıq. Bu il may ayında Çindən 70 avtobus gətirilib. O avtobusların hansı qiymətə alındığına və rəsmiləşdirildiyinə baxılsa sözlərimizin nə qədər dəqiq olduğu ortaya çıxacaq". 

Taksi sürücüləri bildirib ki, əgər DTX Nəqliyyat Xidmətini yoxlasa, günlük planlar vasitəsilə Əli Hüseynəliyevin cibini necə doldurması ortaya çıxacaq. 

Qeyd edək ki, Əli Hüseynəliyevin bacoğlusu Culfa rayonunun keçmiş polis rəisi Şərif Hüseynəliyev də yeyib-içmək və kef məclisləri qurmaqla ad çıxarmışdı.

0