Kənd təsərrüfatı naziri İnam Kərimov yanvarın 12-də, saat 09:00-da Xaçmaz Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Xaçmaz və Şabran rayonlarından olan vətəndaşları qəbul edəcək.
HİT.az bu barədə Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir.
Qəbul zamanı vətəndaşların Kənd Təsərrüfatı Nazirliyinin səlahiyyət dairəsinə aid məsələlərlə bağlı müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.
Vətəndaş qəbulunda iştirak etmək istəyənlər Xaçmaz Dövlət Aqrar İnkişaf Mərkəzinə (050-524-84-15) müraciət edə bilərlər.