Bank kartlarından da vergi tutulacaq? - İZAH

İQTİSADİYYAT
13:04 / 03.02.2023
1049

"Vətəndaşların banklarda, yaxud da bank kartlarında saxlanılan pullarına görə gələn gəlirdən kart qalığına görə vergi tutulacaq”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında vəkil Əkrəm Həsənov deyib. Vəkil deyir ki, bank vətəndaşların banklarda, yaxud da bank kartlarında olan vəsaitlərin özündən vergi tuta bilməz:
 
"Bank vətəndaşın bankda, yaxud da bank kartında olan puluna hər ay faiz ödəyir. Yəni, hər ay vətəndaşın bankda olan vəsaitinin üzərinə pul gəlir, bank da həmin gəlirdən 10% vergi tutacaq. Həmin pul vətəndaşın gəliridir. Əgər, bank kartdakı pulun üzərinə faiz ödəyirsə, bu, əmanət sayılır. Qanuna görə, əmanətin faizindən 10% vergi ödənməlidir. Vergi isə əmanətin üzərinə gələn faizdən tutulur”. 

Əkrəm Həsənov deyir ki, bank kartda olan vəsaitlərə görə vətəndaşa faiz ödəmirsə, heç bir halda heç bir vergi tuta bilməz. 

1