FHN-nin tabeliyində olan Dövlət Xidməti cərimələnə bilər

İQTİSADİYYAT
12:42 / 08.02.2023
1200

Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti barəsində inzibati protokol tərtib olunub. 

Qaynarinfo xəbər verir ki, Dövlət Xidməti İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi (Hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsi) ilə ittiham olunur. 

İşə Xəta Rayon Məhkəməsində hakim Fuad Axundovun sədrliyi ilə baxılacaq. 

347-ci maddədə vəzifəli şəxslərin 150 manat məbləğində, hüquqi şəxslərin isə 300 manat məbləğində cərimə edilməsi nəzərdə tutulur. 

Maddədən aydın olur ki, FHN-nin tabeliyində fəaliyyət göstərən Dövlət Xidmətinin əməkdaşı inzibati xəta törədib. Lakin onun barəsində müvafiq dövlət qurumunun sorğusuna cavab verilməyib. Həmin əməkdaşın hansı inzibati xətanı törətməsi barədə açıq mənbələrdə heç bir məlumat yoxdur.

0