Vüqar Əhmədov direktoru işdən çıxardı, müşavir təyin etdi

İQTİSADİYYAT
16:28 / 28.02.2023
1310

“Azərişıq” ASC-də kadr dəyişikliyi olub.

HİT.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, qurumun “ASAN xidmət”lə iş və elektron idarəetmə departamentinin direktoru Fərid Əmirov vəzifəsindən azad edilərək sədrin müşaviri təyin edilib.

Digər bir əmr ilə isə “Azərişıq” ASC sədrinin müşaviri Fərrux Heybətov isə qurumun “ASAN xidmət”lə iş və elektron idarəetmə departamentinin direktoru vəzifəsinə təyin edilib.

Qeyd edək ki, F.Əmirov eyni zamanda Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının vitse-prezidentidir.

0