Naxçıvan daha iki məmur işdən çıxarıldı

İQTİSADİYYAT
15:50 / 02.03.2023
950

Naxçıvan Baş Gömrük İdarəsinin iki əməkdaşı vəzifədən uzaqlaşdırılıb.

APA xəbər verir verir ki, idarənin kinoloji şöbəsinin rəisi Hüseyn Paşayev və baş inspektor Nicat Quliyev işdən azad olunublar.

Qeyd edək ki, bir müddət öncə idarənin əməkdaşları sərəncama götürülmüşdülər.

Eyni zamanda, sərəncama götürülən Culfa Gömrük Postunun rəisi Namiq Quliyev də vəzifəsindən azad olunub. O, Naxçıvan Karqo Terminal gömrük postuna baş inspektor vəzifəsinə təyin olunub.

0