Rövşən Nəcəfdən yeni təyinat

15:28 / 08.03.2023
1029

Dövlət Neft Şirkətinin (SOCAR) Nəqliyyat idarəsinin rəisi Elçin Zülfüqarov vəzifəsindən azad edilib.

"Report" xəbər verir ki, bununla bağlı şirkətin prezidenti Rövşən Nəcəf əmr imzalayıb.

Əmrə əsasən, idarəyə rəhbərlik Ələddin Məmmədova həvalə olunub.

0