"İnvestAz Asset Management"İn lisenziyası ləğv olundu

İQTİSADİYYAT
13:45 / 13.03.2023
805

Azərbaycan Mərkəzi Bankı (AMB) investisiya fondunun idarə edilməsi ilə məşğul olan "İnvestAz Asset Management" MMC-nin lisenziyasını ləğv edib.

HİT.az bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, bununla da, ölkədə investisiya fondlarının idarəçisi olan şirkətlərin sayı 1-ə düşüb. Hazırda bu sahə üzrə yalnız "AzFinance Asset Management" MMC lisenziyaya malikdir.

Xatırladaq ki, “İnvestAz Asset Management"i 2013-cü ildə "İnvest-Az İnvestisiya Şirkəti" QSC yaradıb. Onun nizamnamə kapitalı 300 min manat, qanuni təmsilçisi isə Şəhriyar Ağazeynal oğlu Qurbanzadədir. O, həm də təsisçi investisiya şirkətinin qanuni təmsilçisidir.

0