“Azenco” ASC səhmdarların növbəti illik ümumi yığıncağını keçirdəcək
Milliyol xəbər verir ki, toplantı 3 may 2023-cü il saat 14:00-da Mingəçevir şəhərində yerləşən Dövlət Dram Teatrının binasında baş tutacaq. Bununla bağlı Cəmiyyətin idarə heyəti qərarını açıqlayıb və toplantının gündəliyinə aşağıdakı məsələlər daxil edilib:
1. Cəmiyyətin idarə heyətinin illik hesabatı;
2. Cəmiyyətin illik hesabatının təsdiqi;
3. Cəmiyyətin müşahidə şurasının hesabatı;
4. Cəmiyyətin maliyyə-təftiş komissiyasının hesabatı;
5. Cəmiyyətin idarə heyətinin, müşahidə şurasının və maliyyətəftiş komissiyasının yeni tərkiblərinin seçilməsi;
6. Cəmiyyətin maliyyə nəticələrinin müzakirəsi və mənfəətin bölüşdürülməsi;
7. Cari məsələlər.
Qeyd edək ki, “Azenco” ASC su və istilik elektrik stansiyaları, yüksək gərginlikli elektrik verilişi xətləri, elektrik enerjisinin paylanması sisteminin tikintisi və inkişafı, su və kanalizasiya sistemləri də daxil olmaqla energetika sahəsində "Layihələndirmə, tikinti və satınalma" müqavilələrini həyata keçirən iri həcmli enerji tikinti şirkətidir. (Poliqon.info)