Bakı-Ağstafa-Bakı sürət qatarını ağstafalılar böyük coşğu ilə qarşıladı  - FOTOLAR

İQTİSADİYYAT
17:37 / 19.03.2023
1178
Bu gün sərnişinlər ilk dəfə sürətli qatarla Bakı-Ağstafa-Bakı marşrutu üzrə paytaxtımızdan Ağstafaya yola düşüb və müvafiq qrafikə uyğun olaraq 4 saat 55 dəqiqəyə mənzil başına çatıblar. 
 
Bu əlamətdar hadisənin ölkəmizə Baharın gəlişi ilə üstüstə düşməsi hər kəsə xüsusi bir bayram ovqatı bəxş edib. Ağstafalılar ilk sürətli qatarı Ağstafa Dəmiryol Vağzalında milli musiqimizin sədaları altında böyük qürur hissi keçirərək gül-çiçək və bayram xonçaları ilə qarşılayıblar. Sürətli qatarın xanım əməkdaşları milli geyimli ağstafalı gənclərdən bayram təbriklərini və gül dəstələrini böyük sevinclə qəbul ediblər.
 
Çıxış edən rayon ictimaiyyətinin nümayəndələri bütün ağstafalılar adından ölkəmizin inkişafı və tərəqqisi, eləcə də əhalinin sosial rifah halının yaxşılaşdırılmasına görə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.
 
Qeyd edək ki, artan sərnişin tələbatı nəzərə alınaraq bu gün Azərbaycan Dəmiryolları tərəfindən marşrut üzrə 2-si əlavə olmaqla, ümumilikdə 3 reys həyata keçiriləcək
0