Azərbaycanın bank sektorunun aktivləri 19 %-dək artıb

18:33 / 30.03.2023
469

Bu il martın 1-nə Azərbaycanın bank sektorunun aktivləri 45 milyard 708,6 milyon manat təşkil edib.

Hit.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən il martın 1-i ilə müqayisədə 18,8 % çoxdur.

Bankların aktivlərinin 18 milyard 562,6 milyon manatını müştərilərə verilmiş xalis kreditlər təşkil edib. Son 1 ildə sektorun kredit portfeli 16,2 % böyüyüb, kreditlərin aktivlərdəki payı isə 41,5 %-dən 40,6 %-ə düşüb.

Hesabat dövründə bank sektorunun öhdəlikləri 19,6 % artaraq 39 milyard 972,5 milyon manata, o cümlədən depozit portfeli 20,35 % artaraq 32 milyard 560,8 milyon manata çatıb. Bunun 11 milyard 653,9 milyon manatı fiziki, 20 milyard 906,9 milyon manatı isə hüquqi şəxslərin depozitləridir. İl ərzində əhalinin banklardakı vəsaitləri 18,1 %, şirkətlərin banklardakı vəsaitləri isə 21,65 % artıb.

Son 1 ildə bankların Azərbaycan Mərkəzi Bankı qarşısında öhdəliyi isə 32,3 % azalaraq 214,7 milyon manat olub.

Sektorun balans kapitalı isə 13,3% artaraq 5 milyard 736,1 milyon manat təşkil edib.

0