Azərbaycanda xaricilərin bank kartları ilə xərcləmələri 15% azalıb

15:02 / 31.03.2023
312

Bu ilin yanvar-fevral aylarında əcnəbilər Azərbaycanda bank kartları vasitəsi ilə 333,8 milyon manatlıq əməliyyat aparıb.

Hit.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac icmalı"nda bildirilir.

Sənədə əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14,7 % azdır.

Təkcə bu ilin fevral ayında isə xarici vətəndaşların bank kartları vasitəsi ilə ölkəmizdə apardıqları əməliyyatların dəyəri 162,3 milyon manat təşkil edib. Bu da 1 il əvvələ nisbətən 13 % azdır.

0