Asiya İnkişaf Bankı (ADB) bu il Azərbaycanda inflyasiyanın 7 % olacağını proqnozlaşdırır.
Hit.az xəbər verir ki, bu barədə Bankın “Asian Development Outlook” hesabatının yenilənmiş aprel sayında bildirilir.
Sənədə əsasən, bu, ADB-nin sentyabr proqnozu ilə müqayisədə eynidir.
Bank gələn il isə Azərbaycanda 6,5 % inflyasiya gözləyir.
ADB ümumilikdə Qafqaz və Mərkəzi Asiya regionunda inflyasiyanın bu il 10,3 % (əvvəlki proqnoza nisbətən 1,8 faiz bəndi çox), gələn il isə 7,5 % olacağını proqnozlaşdırır.