İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətində yeni təyinat olub

İQTİSADİYYAT
13:55 / 04.04.2023
654

İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) İdarə Heyəti sədrinə müavin təyin olunub.

Bu vəzifəyə Elkiyar Ziyadov gətirilib.

E.Ziyadov əmək fəaliyyətinə 2013-cü ildə Azərbaycan Dövlət Neft Şirkətində (SOCAR) başlayıb və sözügedən qurumun strukturlarında müxtəlif vəzifələrdə çalışıb. 2018-2021-ci illərdə isə SOCAR-ın Sərmayələrdə Beynəlxalq Layihələrin Kommersiya Fəaliyyətinə nəzarət şöbəsinin rəisi vəzifəsində işləyib.

E. Ziyadov 2021-ci ilin noyabr ayından etibarən İZİA-da təyinatadək “Azərbaycan Dəmir Yolları” QSC-nin Marketinq İdarəsinin Biznesin inkişafı şöbəsinin rəisi vəzifəsində çalışıb.

O, 2018-ci ildən bu yana Azərbaycan Dövlət İqtisad Universitetində Maliyyə Modelləşdirməsi və Proqnozlaşdırma fənni üzrə dərs deyir.

E. Ziyadov ikinci “Yüksəliş” müsabiqəsinin qalibidir.

0