"Bakı Fond Birjası"nın dövriyyəsi 35 % azalıb

İQTİSADİYYAT
13:08 / 05.04.2023
819

Bu ilin yanvar-mart aylarında "Bakı Fond Birjası" QSC-də (BFB) bütün maliyyə alətləri üzrə bağlanmış əqdlərin ümumi dəyəri 3 milyard 292,563 milyon manat təşkil edib.

Hit.az BFB-yə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 35,4 % azdır.

Son 1 ildə bağlanmış əqdlərin sayı isə 5,4 % azalaraq 2 681 olub.

BFB-nin dövriyyəsinin 31,7 %-i və yaxud 1 milyard 44,899 milyon manatı dövlət qiymətli kağızlarının payına düşüb. Bu, illik müqayisədə 61,8 % və yaxud 2,6 dəfə azdır.

Hesabat dövründə korporativ qiymətli kağızlar bazarı üzrə əqdlərin dəyəri 29,6 % artaraq 290,782 milyon manat, repo əməliyyatları üzrə əqdlərin dəyəri 8,5 % azalaraq 1 milyard 956,882 milyon manat olub.

0