Yerkin Tukumov: “Azərbaycan və Qazaxıstan arasında turizm inkişaf etdirilməlidir”

İQTİSADİYYAT
15:37 / 07.04.2023
609

“Azərbaycan və Qazaxıstan arasında turizm sahəsində əməkdaşlıq daha fəal inkişaf etdirilməlidir”.

Bunu Qazaxıstan Prezidenti yanında Strateji Araşdırmalar İnstitutunun direktoru Yerkin Tukumov deyib.

Onun sözlərinə görə, Qazaxıstandan Azərbaycana və əksinə mövcud turist axını kifayət qədər deyil və ölkələrin bu sahədəki potensialına uyğun gəlmir.

"Biz turizmin inkişafı üçün yeni imkanlar axtarmalıyıq. Astanadan Bakıya yeni reyslərin açılması və Azərbaycan Prezidenti İlham Əliyevin yaxın zamanda Qazaxıstana baş tutacaq səfəri münasibətlərimizin inkişafına yeni təkan verəcək”, - Y.Tukumov bildirib.

0