Ukraynanın qızıl-valyuta ehtiyatları 30 milyard dolları ötüb

İQTİSADİYYAT
18:11 / 09.04.2023
864

“Hazırda Ukraynanın qızıl-valyuta ehtiyatları 30 milyard dollardan çoxdur”.

Ukrayna prezidentinin iqtisadi məsələlər üzrə müşaviri Oleq Ustenko bildirib.

“Bizim qızıl-valyuta ehtiyatlarımız son 10 ildə tarixi maksimumdadır - 30 milyard dolları ötür. Bu vəsait Ukraynaya 5 aydan artıq idxalı ödəməyə kifayət edəcək”-deyə, o bildirib.

Bundan əvvəl Ukrayna Milli Bankı məlumat vermişdi ki, bu ilin fevralında ölkənin beynəlxalq ehtiyatları əvvəlki ayla müqayisədə 3,5% azalaraq 28,86 milyard dollar təşkil edib. Bu, onun ölkənin valyuta bazarında tələb və təklif arasındakı fərqi ödəmək üçün xarici valyutanın satışına müdaxiləsi ilə bağlı baş verib.

0