“Şərur İsfəndiyar”a qarşı bir milyonluq dələduzluq edən şəxs kimdir?

İQTİSADİYYAT
19:09 / 13.04.2023
817

Tikinti maqnatı, “Şərur İsfəndiyar” kimi tanınan İsfəndiyar Axundovun sahibi olduğu “Şərur” MTK-ya qarşı dələduzluq edən Rəşad Həsənovun məhkəməsi başlayır. 

Qaynarinfo xəbər verir ki, Rəşad Həsənov Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi (Dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə) ilə təqsirləndirilir. 

İşə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə baxılacaq. 

İsfəndiya Axundov olayın təfərrüatlarını Qaynarinfo-ya açıqlayıb. Məlum olub ki, Rəşad Həsənov “Şərur” MTK-da komendant işləyib. O, təkcə İsfəndiyar Axundova deyil, 20-dən çox adama qarşı dələduzluq əməli törədib. 

“Şərur” MTK-nın adından istifadə edərək 20-dən çox adamı aldadıb. Təkcə mənə qarşı 1 milyon manata yaxın dələduzluq edib”, deyə tikinti maqnatı bildirib. 

İsfəndiyar Axundovun sözlərinə görə, Rəşad Həsənov tanıdığı şəxs olub: “Ailəsini də tanıyırdım. Ona görə işə götürmüşdüm. Amma dələduzluq etdi. Şirkətimizdə komendat işləməklə bərabər, həm də mebel müəssisəsinin rəhbəri idi. Onun ailəsini tanıdığıma görə etibar etmişdim. Amma etibarımdan su-istifadə edərək camaatı aldatdı”.

İsfəndiyar Axundov Rəşad Həsənovun 20-dən çox adama qarşı dələduzluq etdiyini bildirsə də, iş üzrə zərərçəkmiş kimi onun özü və “Şərur” MTK tanınıb. 

0