Bakıda 70 manata xurma satılır - Hansı ölkədən gətirilir?

İQTİSADİYYAT
19:49 / 14.04.2023
936

Xurma Ramazan ayında ən çox təlabat olan nemətlərdəndir.
 
Qaynarinfo xəbər verir ki, Bakıda mağaza və marketlər şəbəkəsində bir kilo xurmanın qiyməti 40-60 manat arasında dəyişir. 

Satıcılar bildirir ki, xurmanın qiyməti növləri və idxal edildiyi ölkəyə görə dəyişir. Əvvəllər İrandan gətirilən və 2-5 manat arasında satılan xurmanın bir kilosu bu gün marketlərdə 7-15 manat arasında təklif olunur. 

Satıcılar deyir ki, bu gün eyni zamanda Bakıda Mədinə, Səudiyyə Ərəbistanı, Tunisdən gətirilən xurmalara rast gəlinir. Onların qiyməti çox bahadır, amma keyfiyyətli nemət hesab olunur. 

Mədinə xurmasının bir kilosunun qiyməti 18-20 manat, Səudiyyə Ərəbistanın digər şəhərlərindən gətirilmiş xurmalar 38-40 manata satılır. 
Fələstin xurmasının bir kilosu 26 manata, İsrail xurması 30-40 manatdır. 

Bakıda ən bahalı xurma "peyğəmbər xurması"dır. Onun bir kilosu 60-70 manata təklif olunur. 

Satıcılar deyir ki, bu xurmalar baha olmasına baxmayaraq, alıcıları da çoxdur. 

 

0