"Həyət evlərinin alqı-satqı prosesindəki payı artıb”.
Bunu Qaynarinfo-ya açıqlamasında əmlak eksperti Ramil Osmanlı deyib. Ekspert bildirib ki, payın artımı bütövlükdə müraciətlərin sayına təsir göstətir:
"Müraciətlərin sayının artımı tələbin artımına gətirib çıxarır. Bu nisbi olsa da, qiymət artımı ilə müşahidə olunur”.
Ekspert həyət evlərinin alqı-satqısının kütləvi və dinamik xarakter almamasının səbəbini bu mənzillərin əksəriyyətinin sənədsiz tikili olması ilə izah edib:
"Bu tikililər ipotekaya cəlb oluna, girov qoyula, alqı-satqı predmetinə çevrilə bilmir. Ona görə bu həyət evlərinin alqı-satqısı ilə bağlı olan statistikanın tam obyektiv şəkildə ortaya qoymasına ciddi maneələr yaradır. Ümumilikdə, həyət evlərinə təlabat var. Bu artım hər halda müşahidə olunacaq qədər çoxdur”.