Məşhur türk iş adamının Azərbaycandan çıxışına "stop" qoyula bilər

İQTİSADİYYAT
19:01 / 22.04.2023
614

Azərbaycanda fəaliyyət göstərən tanınmış türk iş adamı Ercan Gunalpın ölkədən çıxşı məhdudlaşdırıla bilər.

Qaynarinfo xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsi Ercan Günalpla bağlı xüsusi icraat qaydasında məhkəməyə ərizə ilə müraciət edib. 

Dövlət qurumunun ərizəsi Bakı Kommersiya Məhkəməsinin hakimi Günay Namazovanın icraatındadır. Mayın 1-nə iş üzrə məhkəmə baxış iclası təyin edilib. 

Ercan Günalp restoran biznesi ilə məşğuldur. Dünyanın bir çox ölkələrində restoranlar şəbəkəsi var.

Azərbaycana gəlincə, Ercan Günalp 1992-ci ildən burada biznes fəaliyyəti ilə məşğuldur. Bu barədə özü mediaya müsahibəsində bildirib:
 
"Bakıda ilk fəaliyyətimizə 1992-ci ildə "Universal” restoranı ilə başladıq. Daha sonra sahilyanı parkda Azərbaycanın ən çox sevilən "Sinema klub” quruldu. Bundan başqa, "Bakı Əyləncə Mərkəzi”, şouları ilə məşhur olan, Azərin, İlqar Muradovun, Manananın səhnəyə çıxdığı "Avilla”, daha sonra Bakının simvollarından biri olan "İzmir” restoranı inşa edildi. Sadalanan məkanlar sırasına "Flover”, "Jaz club” və bu dəqiqə adlarını xatırlamadığın 20-yə yaxın məkan qurmuşam”.

Ercan Günalp adı dələzduluq olayında da hallanıb. 2020-ci ildə Qazaxıstanda yaşayan azərbaycanı iş adamı Zaur Məmişovun mediada müraciət dərc olunub. İş adamı 450 min dollar pulunun məniməsildiyini iddia edib. O bu məsələdə türkiyəli iş adamının da adını hallandırıb. 

0