Dollar avro və yen qarşısında niyə ucuzlaşır? - İqtisadçı

İQTİSADİYYAT
13:24 / 27.04.2023
902

Dollar avro və Yapon yeni qarşısında ucuzlaşmağa başlayıb. Belə ki, 2023-cü ilin 1-ci rübündə bu proses baş verib. 

Avronun dollara nisbətdə məzənnəsi 1,0972 dollardan 1,1044 dollara yüksəlib. Dolların yen qarşısındakı məzənnəsi isə 133,71 yendən 133,56 yenə düşüb. 

Maraqlıdır, dolların avro və yen qarşısında ucuzlaşmasına səbəb nədir?

Məsələ ilə bağlı HİT.az-a açıqlama verən iqtisadçı ekspert Xalid Kərimli bildirib ki, dolların ucuzlaşmasının əsas səbəbi ABŞ-da inflyasiya göstəricilərinin zəifləməsidir:

"Artıq ABŞ Mərkəzi Bankı hesab edir ki, inflyasiya getdikcə nəzarət altına salınır. Lakin ilin birinci rübündə ABŞ-dakı israrlı faiz artımları nəticəsində bank sektorunda qarışıqlıq oldu. Nəzərə alaq ki, buna görə ölkənin iki böyük bankı - "Silicon Valley Bank” və “Signature Bank” müflis olaraq, sıradan çıxdı. Bu da bazarda gözlənti yaratdı ki, həm inflyasiyanın aşağı düşməsi, həm də bank sektorunda olan qarışıqlıq səbəbindən faiz dərəcələrini artırmaq siyasətini tədricən yekunlaşdıracaq. Faiz dərəcəsi pulun dəyəri olduğu üçün dollar avro və yen qarşısında bir qədər ucuzlaşdı".

Pərviz

0