Ziya Məmmədova məxsus bankın kredit savaşı

İQTİSADİYYAT
23:37 / 27.04.2023
1187

8 Ləğv prosesində olan “Bank of Azerbaijan” ASC “Global Card” MMC-ni məhkəməyə verib.

HİT.az xəbər verir ki, məhkəmə çəkişməsinin səbəbi kredit müqaviləsi üzrə mübahisələrdən ibarətdir. İş hazırda apellyasiya mərhələsindədir.

Apellyasiya şikayətini də “Bank of Azerbaijan” ASC verib. Şikayət Bakı Apellyasiya Məhkəməsində Aida Hüseynin sədrlik etdiyi hakimlər kollegiyası tərəfindən araşdırılacaq. “Bank of Azerbaijan” ASC keçmiş nəqliyyat naziri Ziya Məmmədovun bankı kimi tanınır. Keçmiş nazirin biznesi barədə araşdırma materiallarında qeyd edilir ki, “Bank of Azerbaijan” ASC “ZQAN Holdinq”in tərkibin daxildir.

Adıçəkilən holdinqin isə Ziya Məmmədova məxsus olması sirr deyil. Şirkətin adı da Ziya Məmmədov və ailə üzvlərinin baş hərflərinin birləşməsidir (Ziya, Qənirə (xanımı), Anar (oğlu), Nigar (qızı). 2013-cü ilinin yanvarın 22-dək Ziya Məmmədovun oğlu Anar Məmmədov “Bank of Azerbaijan” ın sənədlərində səhmlərin 81 fazinin sahibi kimi göstərilib.

Azərbaycan Respublikası Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən qeydə alınmış sənəddə qeyd olunur ki, Anar Məmmədov bankın həmtəsisçilərindən biridir.

2012-ci ilin avqustunda Bakı Valyuta Birjasına təqdim olunan səhm satışı üzrə emissiya prospektində Bank of Azerbaijan-ın müşahidə şurasının üzvləri arasında Hafiz Məmmədovun da adı keçib.

Hafiz Məmmədovun qardaşı Mübariz Məmmədov bank səhmlərinin 18 faizinin sahibi olub. Anar Məmmədov "Bank of Azerbaijan"nın səhmlərini satandan sonra bank Hafiz Məmmədov və onun qohumlarının əlində cəmləşib. Bu ilin yanvarına olan məlumata görə, belə bölünüb - Hafiz Məmmədovun oğlu Kənan - 43 faiz; digər oğlu Sənan - 43 faiz və qardaşı Mübariz - 13 faiz.

Sonradan bankın yenidən Anar Məmmədovun nəzarətinə keçdiyi bildirilir. Anar

0