Oqtay Əsədovun xanımı bir ildə bu qədər qazanıb

İQTİSADİYYAT
11:35 / 28.04.2023
809

Milli Məclisin sabiq sədri və hazırda millət vəkili olan Oqtay Əsədovun həyat yoldaşı Zemfira Əsədovaya məxsus olan və Rusiyada fəaliyyət göstərən “Arizarum Qrup” şirkətinin 2022-ci ildə əldə etdiyi gəlirlər açıqlanıb.

HİT.az yeniavaz.com-a istinadən xəbər verir ki, Rusiyanın müvafiq rəsmi qurumlarının açıqladığı məlumatlara istinadən bildirir ki, “Arizarum Qrup” ötən il 13 milyon 924 min rubl (291 min manat) gəlir əldə edib.

Qeyd edək ki, əvvəlki – 2021-ci illə müqayisədə “Arizarum Qrup”un gəliri 1% və ya 121 min rubl azalıb. Ümumiyyətlə son 6 ildir “Arizarum Qrup”un gəlirlərində ciddi dəyişiklik olmur:

2017-ci ildə 14 568 000 rubl,

2018-ci ildə 13 984 000 rubl,

2019-cu ildə 13 919 000 rubl,

2020-ci ildə 13 815 000 rubl,

2021-ci ildə 14 045 000 rubl,

2022-ci ildə 13 924 000 rubl.

Məlumat üçün bildirək ki, “Arizarum Qrup” 14 yanvar 1998-ci ildən fəaliyyət göstərir. Hüquqi ünvanı Moskva şəhəri, Bakı küçəsi, ev 29-da yerləşən şirkətin yeganə təsisçisi Əsədova Zemfira Adil qızıdır. Şirkətin direktoru isə Nazarova Larisa Aleksandrovnadır. Nizamnamə kapitalı 10 min rubl (209 manat) olan şirkətin restoran sektorunda fəaliyyət göstərdiyi qeyd olunur.

Onu da qeyd edək ki, Oqtay Əsədovun həyat yoldaşı eyni zamanda Nizami rayonunda yerləşən 175 saylı Körpələr evi-uşaq bağçasının müdiridir. 

0