"Formula 1" bitəndən sonra taksi xidməti ucuzlaşacaq?

İQTİSADİYYAT
13:59 / 28.04.2023
973

Bakıda "Formula 1" Qran-prisi ilə bağlı taksi xidmətləri kəskin bahalaşıb.

Bu vəziyyət müştəriləri narahat edir. Müştərilər deyir ki, taksi şirkətləri yaranmış vəziyyətindən sui-istifadə edir. 

Nəqliyyat eksperti Ərşad Hüseynov HİT-az-a açıqlamasında bunun müvəqqəti xarakter daşıdığını bildirib:

“Yarışma mərkəzdə keçirilir. Bu məqsədlə mərkəzi küçələr bağlanır. Taksi xidmətinin bahalaşması da həmin ərazilərdə ola bilər. Bahalaşma bütün küçələrə aid edilə bilməz”.

Ərşad Hüseynov qeyd edib ki, Azərbaycanda taksi xidmətlərini heç kəs tənzimləmir:

“Qiyməti taksi şirkətləri ilə müştərilərin özləri müəyyən edir, ora kiminsə müdaxiləsi mümkün deyil. Hər hansı bir fikir demək olmur, əslində bazar özü tənzimləyir”.

Azra

0