Xaricdən gətirilən 4 min avtomobil gömrükdə gözləyir - VİDEO

İQTİSADİYYAT
15:12 / 28.04.2023
562

Nazirlər Kabineti yaşı 10 ildən çox olan minik avtomobillərinin Azərbaycan ərazisinə gətirilməsinin məhdudlaşdırılması ilə bağlı qərar qəbul edib. Qərara əsasən zavod buraxılış tarixinə görə yaşı 10 ildən çox olan minik avtomobillərinin Azərbaycan Respublikası ərazisinə gətirilməsi məhdudlaşdırılıb.

Baku.ws xəbər verir ki, qərar 29 mart 2023-cü il tarixdən qüvvəyə minib. Lakin 29 mart 2023-cü il tarixi də daxil olmaqla həmin dövrədək vətəndaşlar tərəfindən xarici ölkələrdən sifariş verilib, ödəniş edilərək müqavilə bağlanan yaşı 10-dan çox olan avtomobillərin ölkəyə gətirilməsinə icazə verilir.

Sosial şəbəkədə yayılan görüntülərdə bildirilir ki, bu gün ölkəyə avtomobil gətirmək üçün son gün hesab olunur. Əks təqdirdə avtomobillər sərhəddə qalacaq və ölkə ərazisinə daxil ola bilməyəcək.

Hazırda Dövlət Gömrük Komitəsinin avtomobil parkında yer olmadığı üçün "Meyvəli" ticarət mərkəzinin parkinqində minlərlə maşın növbə gözləyir. Ehtimal olunur ki, hazırda ümumi dəyəri 16 milyon dollar olan 4 min avtomobil gömrükdə gözləyir.

0