Nazirliklə milyonluq müqavilə imzaladı, LƏĞV OLUNDU

İQTİSADİYYAT
12:36 / 01.05.2023
798

Azərbaycanda MTK-lardan biri ləğv olunur.

“Ölkə.Az” xəbər verir ki, “Göy Qurşağı Məmmədli” MTK ləğv olunduğunu elan edib.

MTK-nın kreditorları iki ay ərzində tələblərini AZ0118 Bakı şəhəri, Abşeron rayonu, Məhəmmədi̇ küçəsi ünvanına bildirə bilərlər.

Qeyd edək ki, “Göy Qurşağı Məmmədli” MTK 23.10.2013 tarixində dövlət qeydiyyatına alınıb.

Şirkətin nizamnamə kapitalı 100 manat, qanuni təmsilçisi Qasımov Əlibəy Ruben oğludur.

Xatırladaq ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün mənzillərin alınması ilə bağlı “Göy Qurşağı Məmmədli” MTK ilə 1 043,520 min manatlıq satınalma müqaviləsi imzalamışdı.

0