Vasif Talıbovun qudası vəzifəsindən azad edildi

İQTİSADİYYAT
09:10 / 02.05.2023
1207

Naxçıvan Neft və Qaz Məhsulları Təminatı Müəssisəsinin direktoru işdən azad edilib.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, müəssisənin direktoru Bəhruz Əzimov öz ərizəsi əsasında vəzifəsindən çıxarılıb.

Artıq onun yerinə təyin olan şəxsin adı məlumdur. Belə ki, Cəlal Mehdiyev müəssisənin direktoru təyin olunub.

Qeyd edək ki, Bəhruz Əzimov Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Vasif Talıbovun qudasıdır.

0