Mərkəzi Bankın uçot dərəcəsini artırması nəyə hesablanıb?

İQTİSADİYYAT
12:37 / 03.05.2023
742

Xəbər verdiyimiz kimi, Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini artırıb. Belə ki, bankın İdarə Heyəti uçot dərəcəsinin 0,25 faiz bəndi artırılaraq 8,75%-dən 9%-ə çatdırılması barədə qərar qəbul edib. 

Faiz dəhlizinin aşağı həddi 0,5 faiz bəndi artırılaraq 7%-dən 7,5%-ə, yuxarı həddi isə 0,25 faiz bəndi artırılaraq 9,75%-dən 10%-ə çatdırılıb. Qərarın mayın 4-dən qüvvəyə minəcəyi açıqlanıb.

Maraqlıdır, Mərkəzi Bankın qərarı nəyə təsir göstərəcək?

İqtisadçı ekspert Elşən Bağırzadə HİT.az-a açıqlamasında bildirib ki, Mərkəzi Bank bu qərarını inflyasiya gözləntiləri ilə izah edir:

Elşən Bağırzadə — Vikipediya

"Mərkəzi uçot dərəcəsini yüksəltməklə, kommerisya bankalarının Mərkəzi Bankdan cəlb edəcəyi kredit resurslarını müəyyən qədər məhdudlaşdırmağa çalışır. Şübhəsiz ki, bu qərar, kommersiya banklarının kredit faizlərini artırmasa belə, yenə də onların kredit faizlərini aşağı salma imkanlarını məhdudlaşdıracaqdır. Çünkü əsas kredit resurs mənbələri olan Mərkəzi Bank mərkəzi uçot dərəcəsini yüksəltmişdir. Ancaq onu da nəzərə almaq lazımdır ki, Mərkəzi Bank Azərbaycan manatını ABŞ dollarına "peg" etmişdir, yəni sabitləmişdir".

Ekspert vurğulayıb ki, Mərkəzi Bank faiz siyasətini ABŞ Mərkəzi Bankının (FED) fazi siyasətinə uyğunlaşdırmaq məcburiyyətindədir:

"ABŞ Mərkəzi Bankının isə bu gün faiz dərəcəsini 0.25% artırcağı gözlənilir. Başqa, sözlə, bu qərara həm də manatı, dolların güclənməsi həddində gücləndirməyə çalışma cəhdi kimi də baxmaq lazımdır. Yəni manatın hazırkı məzənnəsini qoruyub saxlamaq cəhdi kimi də qiymətləndirilməlidir".

Pərviz

0