“Trendyol”dan Azərbaycana birbaşa sifarişin aktivləşməsi fəaliyyətdə olan müxtəlif karqo şirkətlərinin işlərinə mane olmayacaq”.
Bunu HİT.az-a açıqlamasında marketinq Pərviz Əzimov deyib. Onun sözlərinə görə, insanlar köhnə qaydada “Trendyol”dan istədiyi məhsulu sifariş edə bilərlər:
“Kim istəsə əvvəlki kimi karqo şirkətləri ilə əməkdaşlıq edə bilərlər. Amma bütün hallarda “Trendyol”dan birbaşa Azərbaycana sifariş karqo bazarına təsirini göstərəcək. Ola bilər insanlar daha çox məhsul sifariş etsinlər, yaxud da ölkəyə gələn bağlamaların sayı arta da bilər. Kimlərsə daha çox bağlama gətirəcək? Hansısa şirkətlərin bazar payı azalacaq? Yaxud artacaq? Hələ ki, biz bunların cavabını bilmirik. Hər şey Azərbaycandan olunacaq sifariş sayından asılı olacaq”.
Pərviz Əzimov qeyd edib ki, bütün karqo şirkətləri kimi “Trendyol” da məhsulları hava yolları ilə gətiriləcək.
Azra