Ağstafa Rayon İcra Hakimiyyəti tərəfindən rayonun Köçəsgər kənd sakini Əlləzova Mahirə Lətif qızının torpağı başqasına verilib.
Bu barədə Hit.az-a Mahirə Əlləzovanın nümayəndəsi Ədalət Müseyibov bildirib:
“Ağstafa rayonunun sabiq icra başçısı Elxan Usubovun 26.08.2008-ci il tarixli 152№-li sərəncamı ilə Ağstafa rayonunu ərazisindəki Dövlət Ehtiyat Fondunun torpaqlarından 200 ha örüş sahəsi 15 il müddətinə etibarnamə üzrə nümayəndəsi olduğum Əlləzova Mahirə Lətif qızına verilib və bununla bağlı Elxan Usubovla onun arasında 26.08.2008-ci il tarixli 29/08 №-li icarə müqaviləsi bağlanıb.
Həmin müqavilənin şərtləri bu günə qədər də Mahirə Əlləzova tərəfindən yerinə yetrilir. Sonradan Mahirə Əlləzovaya heç məlumat verilmədən guya taxılçılığın inkişaf etdirilməsi adı ilə onun 200 ha örüş sahəsi üzərində istifadə hüququna xitam verilməsinə dair rayonun keçmiş icra başçısı Məhərrəm Quliyev tərəfindən sərəncam imzalanıb”, - deyə Əlövsət Müseyibov bildirib.
Onun sözlərinə görə, həmin vaxt torpaq sahəsinin bir hissəsi başqa şəxsə icarəyə verilib. Əlövsət Müseyibov bildirib ki, baş verənlər açıq-aşkar qanun pozuntusudur:
“Örüş torpaq sahəsinində taxıl əkilməsi üçün əvvəlcə həmin torpağın kateqoriyası kənd təsərrüfatı torpaqlarına dəyişdirilməlidir. “Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydaları”nın 1.2-ci maddəsinə əsasən torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə dəyişdirilməsi Nazirlər Kabinetinin qərarı ilə həyata keçirilir. Beləliklə də Mahirə Əlləzovaya icarəyə verilmiş 200 ha örüş sahəsinin kateqoriyasının kənd təsərrüfatı təyinatı kayeqoriyalı torpaq sahəsinə dəyişdirilməsi üçün Ağstafa Rayon İcra Hakimiyyəti Nazirlər Kabinetinə mrüaciət etməli idi.
İcra hakimiyyətinin mənə ünvanladığı 24.01.2023-cü il tarixli 5-33/1-M15-038/2023 saylı məktubunda həmin 200 ha torpaq sahəsinin təyinatının dəyişdirilməsi ilə bağlı Nazirlər Kabinetinə müraciət olunmadığı qeyd edilib. Beləliklə də Mahirə Əlləzova ilə bağlanmış icarə müqaviləsinə əsasən o həmin örüş sahəsinin mülkiyyətçisidir və onun bu hüququ qanunla qorunan hüququdur. Həmin torpaq sahəsinin kateqoriyasının dəyişdirilməsi üçün icra hakimiyyəti tərəfindən Nazirlər Kabinetinə müraciət olunmaması Cinayət Məcəlləsinin 314-cü maddəsində nəzərədə tutulan səhlənkarlıq cinayətidir. Bundan əlavə həm qanunvericiliyə və həm də Mahirə Əlləzova ilə bağlanmış icarə müqaviləsinin tələbinə görə əgər həmin torpaq sahəsi icarəyə verilirdisə, o zaman ilk olaraq əvvəlki icarədara, yəni, Mahirə Əlləzovaya təklif edilməli idi.
Müdafiə etdiyim şəxsə belə bir təklif olmayıb”. Əlüvsət Müseyibov bildirib ki, artıq məsələ məhkəmə müsatəvisinə çıxarılıb. İş Gəncə İnzibati Məhkəməsinin hakimi Emin Axundovun icraatındadır. Bundan başqa, müvafiq qurumlara baş verənlər barədə müraciət edilib.
Anar