"Meyvəli" Ticarət Mərkəzi gilasın bir kilosunun 70 manata satılmasına aydınlıq gətirib.
Bazardan HİT.Az-a verilən məlumat görə, bu mövsümdə bazara təzə gilas çıxarılmayıb:
“Kilosu 60-70 manata olan gilaslar isə Azərbaycana başqa ölkədən gətirilib. Əsasən bu meyvələr “Təzə bazar”da satılır. Həmin bazarın alıcıları var, onlar üçün qiymətin bahalığı önəm daşımır”.
Qeyd edək ki, Bakıda bazarda kilosu 70 manata təzə gilas satıldığı ilə bağlı məlumat yayılıb. Satıcılar həmin gilasın yerli meyvə olduğunu bildirib.
Azra