Azərbaycanda dollara təlabat artıb? - AÇIQLAMA

İQTİSADİYYAT
16:43 / 12.05.2023
788

Azərbaycanda dollara maraq artmaqdadır.

Belə ki, 11 May 2023-cü il tarixində Mərkəzi Bankda keçirilən valyuta hərracənda tələb 61,4 milyon ABŞ dolları təşkil etmiş və tam təmin edilib. Bu barədə Mərkəzi Bank məlumat yayıb. Onu da qeyd etmək lazımdır ki, son zamanlarda əhali arasında da dollara maraq kifayət qədər artıb. 

Maraqlıdır, Azərbaycanda dollara marağın artmasına səbəb nədir?

Mövzu ilə bağlı HİT.az-a açıqlama verən iqtisadçı ekspert Elşən Bağırzadə bildirib ki, Mərkəzi Bankın qeyd edilən açıqlamasında dollara tələbin artması və ya azalması haqqında məlumat verilmir:

"Əgər belə məlumat olsaydı daha dəqiq cavab vermək mümkün idi. Ancaq onu deyə bilərəm ki, FED-in həyata keçirdiyi siyasət nəticəsində dünyada dollar daha da möhkəmlənir. Dolların etibarlılığı yüksəldikcə, ona olan tələb də müəyyən dərəcədə arta bilər. Eyni zamanda əvvəlki aylarla müqayisədə turizm aktivliyi də artır. Qarşıdan da yay tətili gəlir, bu baxımdan fiziki şəxslərin dollara tələbində də müəyyən artım olması mümkündür. Ancaq bütövlükdə Azərbaycanda dolların kursu ilə bağlı Mərkəzi Bankın yanaşması dəyişmədiyindən dollara bazarda gözlənti dəyişikliyindən doğacaq tələb artımının olmasını istisna edirəm".

Pərviz

0