Zakir Fərəcovun 1 milyonluq fasad-dəhliz təmiri

İQTİSADİYYAT
17:57 / 12.05.2023
1009

Sumqayıt Şəhər İcra Hakimiyyəti “Azərenerji Təchizat” MMC ilə maliyyə dəyəri 1.123.999,94 AZN təşkil edən satınalma müqaviləsi bağlayacaq. 

HİT.az xəbər verir ki, şirkət İcra Hakimiyyətinin Sumqayıt şəhərində çoxmənzilli yaşayış binalarında fasadların, dəhliz və girişlərin əsaslı təmir işlərinin satın alınması ilə bağlı keçirdiyi tenderin qalibi olub. 

“Azərenerji Təchizat” MMC 26 noyabr 2011-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN olan şirkətin qanuni təmsilçisi Çobanov Famil Eldar oğludur. 

Bundan əvvəl şirkətin qanuni təmsilçisi Qafurzadə Xəyal Səlim oğlu olub. 2021-ci ildə reyestr məlumatlarına dəyişiklik edilib. Ehtimal olunur ki, şirkətin bundan sonra qanuni təmsilçisi dəyişib. 

“Azərenerji Təchizat” MMC və onun qanuni təmsilçisi haqqında açıq mənbələrdə heç bir məlumata rast gəlinmir. 

Şirkətin nə əlaqə telefonu, nə də veb-səhifəsi var.

Dövlət satınalmalarının elektron portalından yelrəşdirilən məlumatlara nəzərə saldıqda “Azərenerji Təchizat” MMC-nin iri məbləğli tenderlərin qalibi olduğu üzə çıxır. 

Onu da qeyd edək ki, "Azerenerji Təchizat” MMC "Azərenerji” ASC ilə qarışdırılmamlıdır. MMC-nin sözügedən ASC-yə heç bir aidiyyəti yoxdur. 

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovdur. O, 2015-cü ildən bu vəzifəni daşıyır. Zakir Fərəcov 2005-2015-ci illərdə isə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı olub. 

Anar

1