Rektorun bankı ilə buğda istehsalçısı arasında kredit qalmaqalı

İQTİSADİYYAT
19:15 / 12.05.2023
654

Buğda istehsalçısı olan “El” kiçik müəssisəsi “Muğanbank” Açıq Səhmdar Cəmiyyəti (ASC) tərəfindən məhkəməyə verilib. 

HİT.az xəbər verir ki, iddia Bakı Kommersiya Məhkəməsinin hakimi Leyla Əliyevanın icraatındadır. İşin mahiyyəti kredit müqaviləsi üzrə mübahisələrdən ibarətdir. 
 
"Muğanbank” ASC "Odlar Yurdu” Universitetinin rektoru, keçmiş deputat Əhməd Vəliyevin bankı hesab edilir. Bankın səhmdarları aşağıdakı şəxslərdir:

Mehtiyev Elmir Maqbet oğlu - 67,74 %
Mehtiyev Maqbet Rəhim oğlu- 11,58 %
Vəliyeva Vəfa Əhməd qızı - 10,65 %
Mehtiyeva Fəridə Cahandar qızı -10.03 %

Elmir Mehtiyev Əhməd Vəliyevin kürəkənidir, Vəfa Mehtiyeva onun qızı, Maqbet Mehtiyev və Fəridə Mehtiyeva isə onun qudalarıdır.

Anar

0