Fərrux Fərəcullayev direktor təyin edildi

İQTİSADİYYAT
15:32 / 15.05.2023
910

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC-də yeni təyinat olub.

HİT.az xəbər verir ki, Kommersiya departamentinin direktoru vəzifəsinə Fərrux Fərəcullayev təyin edilib.

F.Fərəcullayev “AzInTelecom” MMC-də peşəkar fəaliyyətinə 2017-ci ildə başlayıb və daha öncə Məhsul və Xidmətlər şöbəsinin müdiri olub.

Qeyd edək ki, bundan öncə “AzInTelecom” MMC-nin Kommersiya departamentinin direktoru vəzifəsini Ruslan Əliyev icra edib. F.Fərəcullayevin xələfi ötən ay öz ərizəsi ilə tutduğu vəzifədən ayrılmışdı.

0