Elman Rüstəmova məxsus olduğu deyilən sığorta şirkəti məhkəməyə verildi

İQTİSADİYYAT
19:32 / 16.05.2023
506

Azərbaycanın sığorta bazarının əsas oyunçularından olan “Bakı Sığorta” ASC məhkəməyə verilib.

Hit.az xəbər verir ki, iddiaçı Nəsibli Təranə Bilal qızı adlı vəıtəndaşdır. İşin mahiyyəti barədə açıq mənbələrdə məlumat yoxdur. O bəllidir ki, birinci instansiya iddianı təmin etməyib. 

Təranə Nəsibli apellyasiya şikayəti verib. Şikayətə Bakı Apellyasiya Məhkəməsinin hakimi Sabirt Bəhrəmzadənin icraatındadır. 

"Bakı Sığorta” ASC 1994-cü ildə "Tural Sığorta” adı ilə yaradılıb. 2007-ci ildə isə rebrendinq edib. Şirkətin nizamnamə kapitalı 8 925 440 manat, Direktorlar Şurasının sədri Quliyev Elçin Saday oğludur.

Şirkətin əsas səhmdarı “Bank Respublika” ASC-dir. Mərkəzi Bankın keçmiş sədri Elman Rüstəmova məxsus olduğu iddia edilən bankın səhmləri 51 faiz təşkil edir. 

Bu baxımdan, “Bakı Sığorta” ASC Elmar Rüstəmova məxsus şirkət kimi tanınır. 

Şirkətin 2006-2021-ci illərdə gənclər və idman naziri olmuş mərhum Azad Rəhimovun qardaşı Murad Rəhimov tərəfindən təsis edildiyi barədə iddialar var. 

Murad Rəhimovun “Bakı Sığorta” ASC-də pay sahibi olması bu iddiaların əsaslı olduğunua şübhələri artırır. 

Mərhum nazirin qardaşı ASC-də 6 faiz paya sahibdir. 

Xatırladaq ki, bundan əvvəl “Bakı Sığorta” ASC Dövlət Sığorta Kommersiya Şirkətini (Azərsığorta) məhkəməyə vermişdi. 

Anar

0