Qızılın qiyməti ucuzlaşacaq? - AÇIQLAMA

İQTİSADİYYAT
13:54 / 17.05.2023
545

Qızılın qiymətinin ucuzlaşa biləcəyi gündəmə gəlib.

Belə ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 0,03% azalaraq, 1992,4 dollar olub. 

Bu isə bazarlarda qızılın qiymətinin ucuzlaşmasına gətirib çıxara biləcəyi ehtimallarının səslənməsinə səbəb olub.

Bəs bu ehtimallar nə dərəcə doğrudur? Qızılın qiyməti ucuzlaşa bilərmi?

Mövzu ilə bağlı HİT.az-a açıqlama verən iqtisadçı ekspert Xalid Kərimli bildirib ki, dünya birjasındakı qiymətlər gündəlik dəyişir:

Manatı nə gözləyir: "Hökumət inflyasiyanı önləmək imkanına malik deyil"

"Azərbaycanda isə qızıl birjası yoxdur. Təbii ki, birjalardakı qiymət dəyişiklikləri bazarlara təsir göstərir. Amma bu gündəlik əsasda baş vermir. Hətta bir neçə ay əvvəl qızılın qiymətləri bundan da aşağı idi. Qızılın bazardakı qiymətləri əsasən zərgərin ehtiyatından asılı olur. Zərgərlik məhsullarında qızılın xam mal kimi dəyəri təkcə əsas deyil. Burada digər faktorlar da mövcuddur. Yəni birjadakı qiymətin aşağı düşməsinə görə bazardakı qiymətlərin aşağı düşməsini gözləmək mümkün deyil. Hətta sözügedən qiymətlər 0,3 faiz deyil, 5 faiz belə aşağı düşsə, bu, bazara dərhal təsir göstərmir. Bunun üçün aylarla vaxt lazım olur. Həmçinin, qiymətin dayanıqlı şəkildə aşağı düşməyi və səviyyəsinin müəyyənləşməsi lazımdır. Çünki birjada bütün gün qiymətlər oynayır. Bu gün düşən qiymət, sabah arta da bilər".

Buna rəğmən, ekspert qızılın qiymətinin ötən ilə nisbətən bahalaşdığını diqqətə çatdırıb:

“Ötən il qızılın bir troya unsiyasının qiyməti 1700-1800 dollar idi, indi isə 2000 dollara çatıb. Ona görə də birjadakı qiymət ucuzlaşmasının qızıl bazarına hər hansısa bir təsiri olmayacaq. Əksinə, qızılın son bir ildə qiyməti 15 faiz bahalaşıb. Bu isə hələ zərgərlik bazarında qiymətlərin artmasına gətirib çıxaracaq. Amma qızılın bir troya unsiyasının 1800-1900 dollara qədər düşsə və orada stabilləşsə, qızılın ucuzlaşmasından danışmaq olar”.

Pərviz

0